Şəkidə xeyriyyə aksiyası başa çatıb
8 Dekabr 2020 10:58 SosialAzərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin çağrışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi (TÜİB) başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə "Tək Millət, Tək Ürək" beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində yardım aksiyası olaraq Şəki şəhəri və rayonu əhatə edən bütün şəhid ailələrinin problemləri ilə tanış olduq və onlar üçün ayrılmış sovqatları ünvanlara çatdırılıb. "Olaylar" xəbər verir ki, millət vəkili Ramil Həsənli qeyd edib ki, dövlətimiz tərəfindən I və II Qarabağ müharibəsində iştirak edən, həmçinin ərazi bütövlüyümüzün təmin edilməsində canlarını fəda etmiş Vətən oğullarına və onların ailə üzvlərinə hər zaman qayğı və dəstək göstərilir və göstərilməkdədir: "Görülən işlərə dəstək olaraq xeyirxah iş adamları bu missiyaya qoşularaq dövlətin yanında olmaqdadır. Bu tarixi prosesdə ehtiyacı olan şəhid ailələrinə, qazilərə bundan sonrakı dəstəyin daha da genişlənərək davam etdirilməsi nəzərdə tutulmuşdur. Fürsətdən istifadə edərək təşəbbüsümüzə dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda yardımların paylanmasında hər tərəfli şərait yaradan, ev sahibliyi edən Şəki şəhərindən Milli Məclisin deputatı hörmətli Vüqar İsgəndərova və Şəki şəhər İcra Hakimiyyətinə xüsusi təşəkkürümüzü bildiririk".