100-dən çox erməni əsgərini və zabitini məhv edən “Qubadlı fatehi”
8 Dekabr 2020 10:40 SosialVətən savaşımızın qəhrəmanlarından biri də polkovnik- leytenant şəhid Vidadi Xəlilovdur.
Məktəb illərindən hərbiyə marağı olan Xəlilov Vidadi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbini bitirib. Ali təhsilini bitirdikdən sonra xarici ölkələrdə müxtəlif hərbi kurslar keçib.
Aprel döyüşlərində də qəhrəmanlıqla vuruşan əslən Göyçaylı olan Vidadi el arasında "Qubadlı fatehi" kimi tanınırdı.
Peşəkar hərbiçi hərb sahəsində 20 il qüsursuz xidməti, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibəti ilə medal və sertifikatlar ilə təltif olunub.
44 günlük Vətən savaşında polkovnik- leytenant Vidadi Xəlilov torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub və oktyabrın 31-də şəhidlik zirvəsini fəth edib.
Murovdağ zirvəsinin, Qubadlı, Füzuli, Cəbrayıl və Zəngilanın azad olunması uğrunda gedən döyüşlərdə 100-dən çox erməni əsgərini və zabitini məhv edib.
Anası Əminə Məmmədovanın sözlərinə görə o, zəng edəndə "mama, qürurlu ol, qələbə bizimlədir" deyərdi.
Vidadi ailəsinə söz verib ki, şəhid olmasa Şuşada qurban kəsəcək. İndi onun bu arzusunu valideynləri yerinə yetirəcək.
Bu gün Vidadi Xəlilov iki övladını Vətənə əmanət edib. Canını vətən üçün fəda edən Vidadi Xəlilov yeni Azərbaycan tarixində qəhrəmanlıq dastanı yazdı.