Bu il bayram yarmarkaları təşkil olunacaqmı? - Açıqlama

Azərbaycanda sərt karantin rejimi bayram yarmarkalarının keçirilməsinə də öz təsirini göstərir.

Maraqlıdır, yeni il ərəfəsində bayram yarmarkaları təşkil olunacaqmı?

Məsələ ilə bağlı "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayev danışıb.

"Əslində bayram yarmarkalarının təşkili nəzərdə tutulub. Sadəcə olaraq, ölkədə sərt karantin rejiminin olması ilə əlaqədar, bunun baş tutacağı dəqiq deyil. Nazirlər Kabineti yanında Operativ Qərargah icazə verdiyi təqdirdə yarmarkalar təşkil olunacaq. Ancaq nəticələr göstərir ki, karantin qaydaları yumşalmaya doğru getmir. Yenə də son nəticəni gözləyirik".

Mayis Musayevin sözlərinə görə, qərar qəbul edilərsə, yarmarkalar paytaxtın 5 ərazisində təşkil ediləcək:

"Yarmarkalar ənənəvi qaydada paytaxın 5 ərazisində keçiriləcək. Nərimanov, Yasamal, Binəqədi, Abşeron və Suraxanı rayonlarında təşkil olunacaq. Yenə bildirmək istəyirəm ki, bununla bağlı son qərarı Nazirlər Kabinetiyanında Operativ Qərargah verəcək".(sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31