Səni tabutundan tanıdım... Aytən Hüseynova yazır
4 Dekabr 2020 21:00 SosialBu gün günorta saatlarında biz qarşılaşdıq,sən əbədi yolculuğa gedirdin,mən də dünya işləri ilə uğraşmağa..mən səni tanıdım,şəhidim,tabutundan tanıdım...Sən OSAN,həmin oğlan..İmtahanlarda köcürməyə calışan,dərslərə girmək istəməyən..Min dəfə sənə məzəmmətlə baxmışam ,balaca boy,arıq ,iti hərəkətli,bir yerdə dura bilməyən oğlan,tabutundan tanıdım səni ..
Axı mən illərin müəllimiyəm,şagird sərrafıyam,səni də tabutundan tanıdım,şəhidim,sən həmin kəmhövsələ,tələsən,gözlərindən sevinc yağan,hec nəyi özünə dərd etməyən şagirdsən..
Mən səni tanıdım,şəhidim,amma əlimdən bir iş gəlmədi,dilim bir söz deyə bilmədi indi sənə.."Niyə ehtiyatlı olmadın,bala?!"-deyə bilmədim sənə!Son dəfə göz yaşları ilə arxanca baxmaq qaldı mənə,şəhid balam..
Məni bağışla,əgər səni məzəmmət etmişəmsə,qolunu cimdikləmişəmsə,üzünə sərt baxmışamsa,məni bağışla,şəhidim,məni bağışla,
Torpağa qarışıb,Allaha catmaq üçün ucan şəhidim,mən səni tabutundan tanıdım,ağlaya-ağlaya arxanca baxdım,gücsüzəm qarşında,zəifəm qarşında,bağışla məni,sənə əyilirəm,şəhid balam,sən məndən ucasan indi,sən kamil,mən cahiləm indi...