Parlament büdcə müzakirələrinə start verir

Yaxın vaxtlarda büdcə müzakirələri başlayacaq. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.V.Əhmədov qeyd edib ki, büdcə müzakirələrinin ötən ayın sonundan başlanılması planlaşdırılsa da, həm Vətən müharibəsi, həm də çox sayda deputatın virusa yoluxması səbəbindən hələlik saxlanılıb: "Amma ilin sonunadək müzakirələrə başlanılmalıdır. Hələlik büdcə bizə təqdim olunmayıb. Ümumiyyətlə, vəziyyətlə əlaqədar belə təklifimiz vardı ki, bir qanun layihəsi qəbul edək və büdcə ilə bağlı qərar dövlət başçısı tərəfindən verilsin. Amma sonradan büdcə müzakirələrinin aparılacağı qərarı verildi". Palamentarinin sözlərinə görə, növbəti ilin dövlət büdcəsində 3 məsələ prioritet olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31