ÜST maska taxma qaydalarını SƏRTLƏŞDİRDİ
3 Dekabr 2020 11:51 SosialÜmumdünya Səhiyyə Təşkilatı pandemiyada tibbi maskaların taxılma qaydalarına yenidən baxıb.
Olaylar.az xəbər verir ki, ÜST təhlükəsiz sosial məsafəni ən azı bir metr təmin etmək mümkün olmadıqda, hətta küçədə də qoruyucu vasitələr taxmağı tövsiyə edib.
Bu, havalandırılmayan otaqlara da aiddir. Qurum yetkinlər və 11 yaşdan yuxarı yeniyetmələr üçün tövsiyələr təqdim edib. Altı yaşadək uşaqlar üçün maska tövsiyə edilmir. Bildirilib ki, 6-11 yaşlarında olan uşaqların maska taxması vəziyyətdən, bölgənin xüsusiyyətlərindən və yoluxma səviyyəsindən asılıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31