DİM prezidentin çağırışına qoşuldu
29 Mart 2020 11:48 SosialDİM COVID-19 infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub. DİM-dən "Olaylar"a bildrilib ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 1 aylıq vəzifə maaşının 4 mislini, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov 1 aylıq vəzifə maaşını, Mərkəzin digər rəhbər şəxsləri isə aylıq vəzifə maaşının 50%-ni Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.
Yardımın edilməsində məqsəd COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində görülən işlərin daha da operativ həyata keçirilməsinə, həmçinin yarana biləcək problemlərin qarşısını almaq üçün ölkə iqtisadiyyatına dəstək göstərməkdir.