Azərbaycanda teleaparıcı koronavirusa yoluxdu - FOTO- "‪Haqqınızı halal edin!"

Teleaparıcı Firuzə Cəlilova koronavirus infeksiyasına yoluxub.

Musavat.com  bildirir ki, o, bu barədə məlumatı Facebook səhifəsində paylaşıb. Aparıcı statusunda aşağıdakıları bildirib:

"‪Haqqınızı halal edin!
‬
‪Kədərlənərək qeyd edəcəm ki, bu gün Covid-19 testi etdirdim və 6 -dan sonra pozitiv olduğu bildirildi.
‪İndi artıq xəstəxanada karantin altındayam, əlbəttə çalışacam mümkün qədər tez-tez vəziyyətim ilə bağlı narahat olanları məlumatlandırım. Bəlkə uzun bir müddət sizinlə bərabər ola bilməyəcəm. Mən özümü qoruya bilmədim. Siz qoruyun!"

Aparıcı sonda insanlara koronavirusdan qorunmaq üçün evdə qalmağı tövsiyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31