54 yaşlı qadın hamamda dəm qazından boğulub
54 yaşlı qadın hamamda dəm qazından boğulub
21 Yanvar 2020 12:57 SosialBakıda qadın dəm qazından boğularaq ölüb."Olaylar"ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi ev 15, mənzil 33-də qeydə alınıb. Həmin ünvanda yaşayan 1966-cı il təvəllüdlü Liliya Çuprikova yaşadığı evin hamamında ölmüş vəziyyətdə aşkarlanıb. Araşdırmalar zamanı qadının dəm qazından boğularaq öldüyü məlum olub. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31