“Ulu Öndər” filmi təqdim edildi
“Ulu Öndər” filmi təqdim edildi
12 Dekabr 2019 11:38 SosialAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunan "Ulu Öndər" sənədli filminin təqdimatı keçirilib. Olaylar.az bildirir ki, ADMİU-nun professoru Rafiq Quliyevin quruluşçu rejissoru olduğu filmdə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-cu ildən 2003-cü ilədək həyat və fəaliyyətinin müxtəlif dövrünü əhatə edən kadrlar öz əksini tapıb. Filmin redaktoru İradə Soltanova, prodüseri Üzlüfət Qasımovadır.
ADMİU-da Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbində baş tutan tədbiri giriş sözü ilə açan rektor professor Ceyran Mahmudova Universitetin Kino və televiziya sənətləri kafedrasının müdiri, professor Rafiq Quliyevin çəkdiyi filmin əhəmiyyətindən və bədii məziyyətlərindən danışıb. Rektor bildirib ki, Heydər Əliyev müdrik və uzaqgörən siyasəti, unikal liderlik qabiliyyəti, milli iradəsi, vətənpərvərliyi ilə Azərbaycan xalqına nümunə olan görkəmli siyasətçi və qüdrətli dövlət xadimidir.
Sonra çıxış edən rektorun humanitar məsələlər üzrə müşaviri, Əməkdar incəsənət xadimi, professor Aqşin Babayev və tarzən, Xalq artisti Zamiq Əliyev, Elm və yaradıcılıq işləri üzrə prorektor professor Məryəm Əlizadə çıxış edərək Azərbaycan tarixində misilsiz xidmətləri olan qüdrətli dövlət xadimi Heydər Əliyevin mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə qayğısından söz açıblar. Qeyd edilib ki, ADMİU-da çalışan müəllimlərin əksəriyyəti Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləridir və onlar Heydər Əliyevin mədəniyyətə göstərdiyi diqqət və qayğının canlı şahidləridir.
.jpg)
