Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib
Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib
12 Dekabr 2019 11:34 SosialAzərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.
Olaylar.az bildirir ki, tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Heydər Əliyevin Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılmış ad olduğunu deyib.
Elm və innovasiyalar üzrə prorektor, professor Novruz Məmmədov bu mərasimin artıq ənənə halını aldığını və bu günün anılmasının mənəvi borc olduğunu bildirib.
ADU-nun rektorunun Sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü işlərdən söz açıb, xatirələrini danışıb.
Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə hazırlanan "Ulu öndər" filmi nümayiş olunub. Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin 451-ci qrup tələbəsi Şahverən Babayev "Ulu öndər" mahnısını ifa edib, Təhsil 2 fakültəsinin 206B qrup tələbəsi Zeynəb Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müəllifi olduğu "Elegiya" şeirini söyləyib.
Sonda Ağadadaş Ağayevin ifasında "Xalq Heydər söyləyəcək" mahnısı dinlənilib.

