Həyat "selfie"dən ibarət deyil

Artıq heç kim özü üçün yaşamır.Problem də bundan yaranır. Keçmişdə,yəni KIV-in inkişaf etmədiyi dövrdə insanlar kədərini,sevincini sadəcə ən yaxınlarıyla bölüşürdü.İndi sanki məcburiyyətmiş kimi hər kəs həyatında baş verən ən xırda şeydən tutmuş ən böyük hadisəyə qədər başqalarıyla sosial şəbəkədə bölüşməyə can atır.Heç kim həyatın-sözün əsl mənasında dadını çıxarmağa çalışmır.Əfsuslar olsun ki,indi elə bir dövrdə yaşayırıq ki,yediyimizi,içdiyimizi,geyimimizi,evimizin içinə qədər hər şeyi nümayiş etdirməyi adət etmişik.

 

Artıq heç kim özü üçün yaşamır. Problem də bundan yaranır.

Keçmişdə, yəni KIV-in inkişaf etmədiyi dövrdə insanlar kədərini, sevincini sadəcə ən yaxınlarıyla bölüşürdü. İndi sanki məcburiyyətmiş kimi hər kəs həyatında baş verən ən xırda şeydən tutmuş ən böyük hadisəyə qədər başqalarıyla sosial şəbəkədə bölüşməyə can atır. Heç kim həyatın-sözün əsl mənasında dadını çıxarmağa çalışmır. Əfsuslar olsun ki, indi elə bir dövrdə yaşayırıq ki, yediyimizi, içdiyimizi, geyimimizi, evimizin içinə qədər hər şeyi nümayiş etdirməyi adət etmişik.

Bəzilərinə görə bu özünü göstərmək, bezilərinə görə sadəcə insanlarla paylaşmaqdır. Fikrimcə belə paylaşım edənlər bu paylaşımların insanlar üçün önəmli olduğunu, maraq edildiklərini düşünürlər. Sosial şəbəkələrin inkişafı, hər yaşdan insanlara təsir göstərir. Bu inkişafın müsbət cəhətlərini saymaqla bitirmək olmaz, ancaq müsbət təsirindən çox mənfi təsir göstərdiyi aşikardır .

Çox sevdiyim bir ifadə vardır-"yediyinizi paylaşmayın, yeməyinizi paylaşın." Necə gözəl ifadə edilib. Tək yemək deyil, hər şeyimizi paylaşa bilərik, həyat selfiedən ibarət deyil. Adicə sevdiyimiz tanınmışların konsertində və ya onları hardasa gördükdə tez telfona sarılırıq, şəkil, video çəkməyə cəhd göstəririk.

Bəs bunun səbəbi nədir? O tanınmışı gördüyümüzə insanları sübut etmək? Yoxsa xatirə üçün saxlamaq?

Niyə o konsertin həzzini, əyləncəsini yaşamaq əvəzinə video, şəkil çəkməyə çalışaq. KIV-in inkişafından əvvəl valideynlər uşaqlarını evə gətirmək üçün əllərindən gələni edirdilər. Ancaq hal-hazırda əksidir. İndiki dövrdə uşaqları çölə çıxıb, passiv həyat tərzi yaşamasınlar deyə əllərindən gələni edirlər.

Bunun ən böyük səbəbi valideynlərin özüdür. İnsan ilk ailədə formalaşır. Uşaqlar doğulan kimi ağlamasınlar, sakit dursunlar, ya da yemek yesinlər deyə onların əlinə telefon verirlər, beləliklə uşaq da alışır və telefonu, kompüteri əlindən düşürmür.

İnternet hər kəs üçün çox vacibdir, ancaq internetdən düzgün istifadə etmək lazımdır. Əksər valideynlərin başı sosial şəbəkələrlə o qədər qarışıb ki, uşaqlarına baxmaq sözün əsl mənasında yadlarından çıxır. Yolda, parkda hər yerdə o qədər valideyn görürəm ki, bir əlində uşağın çantası, bir əlində telefon. Adi yolu keçəndə belə uşağa yox telefona baxırlar. Burada bir yanlışlıq var. Yəqinki belə düşünən tək mən deyiləm.

Texnologiyanın mənfi cəhətləri bunlardır. Müsbət cəhətlərinə isə ondan düzgün, yararlı məlumatlar üçün istifadə etməyi bacaranlar nail ola bilir. Psixoloqlarin fikirinə görə internet sözün əsl mənasında bir xəstəliyə çevrilib. O, yaxındakıları uzaqlaşdırmağa, uzaqdakıları yaxınlaşdırmağa xidmət edən bir vasitədir.

Məryəm Nəbiyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31