Qənirə Paşayeva Göytəpə qədim yaşayış məskəni ilə bağlı çağırış edib

Qənirə Paşayeva Göytəpə qədim yaşayış məskəni ilə bağlı çağırış edib

Millət vəkili Qənirə Paşayeva ölkəmizin ən qədim tarixi abidələrindən biri olan Göytəpə qədim yaşayış məskəni ilə bağlı ciddi çağırış edib. "Olaylar" xəbər verir ki, millət vəkili  yerli alimlərlə, mütəxəssislərlə birgə Yaponiyanın, Fransanın və Almaniyanın alimlərinin birgə araşdırma və tədqiqat apardığı, Tokiodan Londona qədər tədqimatı keçirilən və dünyada Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olmasını təsdiqləyən, Tovuz rayonunda yerləşən Göytəpə ilkin neolit dövrü yaşayış məskəni barədə danışıb.Ölkə prezidenti  İlham Əliyevin 2012-ci ildə Tovuza səfəri zamanı Göytəpəyə baş çəkdiyini, bu ziyarətdən sonra Göytəpə arxeoloji parkının yaradılması ilə bağlı sərəncam imzaladığını xüsusi vurğulayan millət vəkili müvafiq qurumları bu sərəncamı həyata keçirməyə çağırıb. Millət vəkili bütün azərbaycanlılar adından bu arxeoloji parkın yaradılması ilə bağlı ölkə prezidentinin sərəncamının həyata keçirilməsi istiqamətində vəsait ayrılmasına, təcili işlərə başlanılmasına çağırıb və deyib ki, işlərin ləngiməsi abidəyə özünün mənfi təsirini göstərir.

Deputat: “Təhsil kreditləri ilə bağlı məsələlər öz həllini tapmalıdır”

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31