Deputat: “Təhsil kreditləri ilə bağlı məsələlər öz həllini tapmalıdır”

Deputat: “Təhsil kreditləri ilə bağlı məsələlər öz həllini tapmalıdır”

"Təhsilin aşağı düşməsinə imkan verməməliyik. Kəndlərdə təhsil düşərsə, bu ölkəmiz üçün problemlərin əsasını qoyacaq". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Qənirə Paşayevanın sözlərinə görə, kasıb və orta imkanlı ailələrin övladlarını Bakıda kirayədə yaşatmaq imkanları məhduddur: "Kasıb ailələrdən olan tələbələrin təhsil ala bilməsində önəmli rol oynaya biləcək təhsil kreditləri ilə bağlı məsələlərin öz həllini tapmasına ciddi ehtiyac var. Həmçinin, dövlət universitetlərinin yataqxanalarının artması vacibdir. Odur ki, yataqxanaların tikintisinə daha çox vəsait ayrılmalıdır. İlkin mərhələdə ən azı kəndlərdən gələn tələbələrin ehtiyaclarını qarşılayacaq qədər təcili şəkildə yataqxanaların tikilməsinə, bu prosesin sürətlə davam etməsinə ehtiyac duyulur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31