Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları çapdan çıxıb

Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları çapdan çıxıb

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda "İmadəddin Nəsimi: sələflər və xələflər - orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri" mövzusunda keçirilmiş XVII ənənəvi respublika elmi konfransının materialları toplu halında çapdan çıxıb.

Olaylar.az bildirir ki, topludakı məqalələr "Nəsimişünaslıq müasir mərhələdə" və "Sələflər və xələflər" bölmələri üzrə təsnif edilib.

Konfransın materialları AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin redaktəsi ilə nəşr olunub.

Toplunu nəşrə hazırlayan tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur.

Ədəbiyyat İnstitutunda Nəsiminin 650 illik yubileyinə həsr olunan elmi seminar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31