Ədəbiyyat İnstitutunda Nəsiminin 650 illik yubileyinə həsr olunan elmi seminar

Ədəbiyyat İnstitutunda Nəsiminin 650 illik yubileyinə həsr olunan elmi seminar

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda hürufizmin dünyada tanınmış tədqiqatçılarından biri olan professor Fatih Usluerin iştirakı ilə elmi seminar təşkil olunub.

Olaylar.az bildirir ki, seminar Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi və 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında imzaladığı Sərəncamlara uyğun olaraq, institutun həyata keçirdiyi silsilə tədbirlər çərçivəsində baş tutub.

Əvvəlcə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək ölkə başçısı tərəfindən imzalanmış müvafiq sərəncamların Nəsimi irsinin öyrənilməsi və təbliğində mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Mütəfəkkir şair Nəsimi ilə bağlı AMEA-da həyata keçirilən tədbirlərdən danışan İ.Həbibbəyli  bildirib ki, ədibin yaradıcılığının araşdırılmasında Ədəbiyyat İnstitutu ortaya dəyərli elmi tədqiqatlar qoyub və bu iş davam etdiriləcək.

Daha sonra filologiya elmləri doktoru Rəhim Əliyev "Fəzlullah Nəimi, hürufilik və Nəsimi" mövzusunda məruzəsini təqdim edib. Seminarda Miras - Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli çıxış edərək təmsil etdiyi qurum tərəfindən nəşrə hazırlanmış "Müqəddimətul həqayiq" əsəri barədə məlumat verib.

Tədbirdə Türk Maarif Vəqfinin Oman Sultanlığında Türk dili və Ədəbiyyatı Bölümünün professoru Fatih Usluer "İmadəddin Nəsimi Fəzlullah Nəiminin əlyazmalarında" mövzusunda məruzə ilə çıxış edib. 17 ildən artıqdır ki, hürufiliyin tədqiqi ilə məşğul olduğunu deyən alim araşdırmalarını üç istiqamət üzrə - hürufilərin fəlsəfəsi, hürufilərin tarixi və hürufi mətnlərinin araşdırılması apardığını bildirib.

Sonda türkiyəli qonaq Fatih Usluer mövzu ilə bağlı ona ünvanlanan çoxsaylı sualları cavablandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31