Bakı-Sabunçu dəmir yolu xəttində gedişhaqqı nə qədərdir?
Bakı-Sabunçu dəmir yolu xəttində gedişhaqqı nə qədərdir?
22 May 2019 13:09 SosialMayın 21-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş Bakı-Sabunçu dəmir yolu xəttində gedişhaqqı 50 qəpik müəyyən edilib.
Bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov AzTV-nin "Günün nəbzi" verilişində bildirib.
"Bu gün Sabunçu dəmir yolu vağzalından şəhərə avtobusla çatmaq üçün gedişhaqqı 60 qəpikdir. Biz isə Sabunçudan mərkəzə gedişhaqqını 50 qəpik müəyyən etdik", - C.Qurbanov deyib.
C.Qurbanov onu da qeyd edib ki, uzunluğu 13,5 km olan Bakı-Sabunçu dəmir yolu xətti üzrə məsafəni 15 dəqiqəyə qət etmək mümkün olacaq:
"Bu yolu birbaşa getmək üçün 12 dəqiqə, sərnişinlərin minib-düşməsi ilə əlaqədar qatar hər stansiyada 1 dəqiqə dayanarsa, 15 dəqiqə lazımdır.
report