“Uçan taksi” 2025-ci ilə kimi istifadəyə veriləcək
“Uçan taksi” 2025-ci ilə kimi istifadəyə veriləcək
22 May 2019 11:56 DünyaUçan taksilər dünyanın müxtəlif iri şəhərlərində 2025-ci ilə kimi istismara veriləcək.
Olaylar.az bildirir ki, bu haqda "Lilium" uçan aparatını istehsal edən şirkətin rəsmi nümayəndəsi Oliver Volker-Cons "RİA Novosti"yə verdiyi açıqlamada bildirib.
Nümayəndə bəzi yaşayış məntəqələrində xidmətin daha erkən işə salınacağını bildirib. Volker hələ ki, uçan taksi xidmətlərini harada göstəriləcəyinin müəyyənləşdirilmədiyini deyib.
Qeyd edək ki, bundan əvvəl Münhenin "Lilium" startap şirkəti uçan taksinin prototipinin uğurlu sınaqlarını gerçəkləşdirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31