Nəsimi rayonunda Beynəlxalq Ailə günü qeyd edilib

Nəsimi rayonunda Beynəlxalq Ailə günü qeyd edilib

Nizami Kino Mərkəzində 15 May Beynəlxalq Ailə günü münasibəti ilə  Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin  birgə tədbiri keçirilib. "Olaylar" xəbər verir ki,  bayram tədbirində Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki,  15 may dünyada  Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu tədbir  planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini hər zaman vurğulamışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də uğurla  həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının  Birinci vitse- prezidenti , Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər.

Tədbirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin  rəis müavini  Aynur Sabitova, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova  və digərləri  çıxış edərək bildirdilər  ki, Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. Amma dəyişən zaman, müasir inkişaf, qloballaşma, heç şübhəsiz, kiçik dövlət modeli sayıla biləcək Azərbaycan ailələrinə  də öz təsirini göstərib. Bir həqiqət vardır ki,bu gün bütün dünyada boşanmaların sayı çoxalmışdır. Bunun əsas səbəblərindən biri də gənc cütlüklərin əsl ailə barədə biliklərinin olmamasıdır. Həmçinin ailələrin dağılmasına səbəb olan amillərin biri də gənc ailələrə kənar müdaxilələrin olmasıdır. Sosial dayağımız olan gənc ailələrin qorunması üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Daha sonra 50 və 25  ilə yaxın  birgə ömür sürmüş    ailələrə hədiyyələr təqdim olundu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31