Bakıda özünü məktəbin 2-ci mərtəbəsindən atan şagirdin SON VƏZİYYƏTİ

Bakıda özünü məktəbin 2-ci mərtəbəsindən atan şagirdin SON VƏZİYYƏTİ

Bakıda özünü məktəbin 2-ci mərtəbəsindən atan VIII sinif şagirdinin vəziyyəti orta-ağır-stabildir.

Bununla bağlı Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda şagird 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsindədir. Onun dirsək oynağında qəlpə sınığı, diz qapağında isə yerini dəyişməyən sınıq var. Şagirdin vəziyyəti orta-ağır-stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, mayın 13-də Bakı şəhəri 273 nömrəli tam orta məktəbin VIII sinif şagirdi özünü məktəbin 2-ci mərtəbəsindən atıb. Məktəbdən bildirilib ki, şagird dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31