Azərbaycanda məmur faciəvi şəkildə öldü - FOTO

Azərbaycanda məmur faciəvi şəkildə öldü - FOTO

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Minik və yük maşınlarının toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib.

Hadisə Goranboy-Ağcakənd yolunun Safukürd kəndindən keçən hissəsində baş verib.

Qəza nəticəsində minik maşınının sürücüsü, 50 yaşlı Əliyev Rauf İsmayıl oğlu ağır yaralanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, Rauf Əliyev Xocalı Rayon İcra Hakimiyyəti Aparatının baş mütəxəssisi-sürücü vəzifəsində işləyirdi. O, icra başçısının sürücüsü olub.

Faktla bağlı araşdırma aparılır.

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31