Göygöldə heyvanların peyvəndlənmə tədbirləri davam etdirilir

Göygöldə heyvanların peyvəndlənmə tədbirləri davam etdirilir

Göygöl rayonu ərazisində "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına" uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndlənmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya və müalicə tədbirləri davam etdirilir. Qeyd olunan tədbirlər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət  Baytarlıq Xidmətinin (DBX) Göygöl Rayon Baytarlıq İdarəsinin 13 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır. "Olaylar" xəbər verir ki, idarənin baytarlıq mütəxəssisləri rayonun 1 şəhər və 44 kəndində, ümumilikdə 45 yaşayış məntəqəsində saxlanılan 21000 baş iribuynuzlu, 163000 baş xırdabuynuzlu, 1800 baş təkdırnaqlı heyvana, 3500 sahibli itə və 821200 baş ev quşuna baytarlıq xidməti göstərirlər. Cari ilin müvafiq dövrü ərzində Göygöl rayonu ərazisində 21027 baş iribuynuzlu, 163206 baş xırdabuynuzlu və 1804 baş təkdırnaqlı heyvanda qarayara, 3534 baş sahibli itdə quduzluq, 98 baş iribuynuzlu, 49 baş xırdabuynuzlu heyvanda brusellyoz, 6013 baş iribuynuzlu, 6194 vaş xırdabuynuzlu heyvanda leptospiroz xəstəliklərinə qarşı peyvəndləmə işləri aparılıb. Eləcə də bu dövr ərzində 299754 ("H" ştammı ilə) baş quşda və 416002 baş cücədə ("La-Sota" ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31