Tibb təhsili ilə bağlı dəyişiklik – Baş nazirdən qərar
Tibb təhsili ilə bağlı dəyişiklik –Baş nazirdən qərar
14 May 2019 12:28 SosialBaş Nazir Novruz Məmmədov təhsillə bağlı bir sıra qərarlarda dəyişiklik edib.
"Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın "Humanitar və sosial ixtisaslar qrupu" bölməsinin "060209 Psixologiya" ixtisasına "Klinik" sözündən sonra "(tibbi)" sözü əlavə edilib.
"Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı"nın "61. Psixologiya" bölməsində "Tibbi" sözü "Klinik (tibbi)" sözləri ilə əvəz edilib.
"Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi"nin 2.1.1.1-ci yarımbəndində "psixodiaqnostika" sözü "psixoloji müayinə" sözləri ilə əvəz olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31