Körpənin qulağı eşitmirsə.... – Hansı əlamətlərdən bilməli?

Körpə anadan olan kimi onun eşitmə orqanının normada fəaliyyət göstərdiyini, eşidib -eşitmədiyini yalnız xüsusi cihaz və avadanlıqla təyin etmək olur ki, dünyanın bir çox ölkələrində bunu edirlər.

Lakin doğulandan 2-4 həftə sonra artıq körpənin səslərə reaksiyasından  bunbu təyin etmək olur.

Medicina.az uşağın eşidib-eşitməməsinin vaxtında aşkarlamaq üçün valideynlərin nə etməli olduğunu izah edir.

-Körpə ağlayan, qığıldayan zaman bərkdən döyəcləmə və tappıltı səsinə dayanır, səsi kəsilir, hərəkətini dondurub baxır. İlk əvvəl möhkəm taqqıltı səsinə reaksiya verir, daha sonralar insan səsinə də belə təpki göstərir.

-2-4 aylıqda körpə bərkdən danışıq və musiqi səsini eşidir, səs istiqamətinə başını çevirir. İlk əvvəl 2-3 metrlikdəki səslərə reaksiya verir. 

-Uşağı güldürəndə, danışdıranda üzünüzə baxıb gülməsi sizi çaşdırmasın. Onun bu reaksiyası səsinizə yox, üz mimikanızadır. 

-6-7 aylıqda körpə 6 metr uzaqlıqdan səsləri eşitməyə başlayır. 

Vibrasiya, addım, qapı çırpılması, çarpayıya döyəcləməkə eşitmə yoxlanılmır.

Çünki bu səsləri vibrasiya dalğalarından hətta eşitməsi olmayan körpə də hiss edir. 

-1 yaşına doğru körpə doğmalarla yadların səsini ayırd edir, tanış frazaları seçir, öz adına boylanır, qırıq qırıq hecaları, kiçik sözləri deməyə çalışır.

-Uşağın eşitmə fəallığını nə qədər tez aşkar edib, həkimə gedərək, problemin müalicəsi və xüsusi aparatln taxılmasına nail olsanız, usagın danışmağı da bir o qədər tez olacaq. 

Diqqət: 1 aylığından başlayaraq körpə güclü səs küydən, qəfil səsdən yuxudan ayılmırsa, anasının səsi və laylasından sakitləşmirsə, danışan adama tərəf boylanmırsa, deməli, o eşitmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31