Ənvər Seyidovun hakimlik fəaliyyətinə xitam verildi
Ənvər Seyidovun hakimlik fəaliyyətinə xitam verildi
13 May 2019 17:03 SosialBakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun hakimlik fəaliyyətinə xitam verilib.
Ə.Seyidov yaş həddi ilə əlaqədar (martda 70 yaşı tamam olub-red.) təqaüdə göndərilib.
Ə.Seyidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi. Bundan öncə o, Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi olub. Ardınca Cəlilabad Rayon Məhkəməsinə sədrlik edib.
1994-1999-cu illərdə həm də Mərkəzi Seçki Komissiyasının təftiş qrupunun rəhbəri olub.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31