İmtahanda uğur qazanan namizədlərin siyahısı açıqlanıb

İmtahanda uğur qazanan namizədlərin siyahısı açıqlanıb

Ədliyyə orqanlarına qulluğa qəbul məqsədilə keçirilən test imtahanın nəticələri açıqlanıb. Nazirlikdən "Olaylar"a bildirilib ki, 301 namizədin iştirak etdiyi imtahanın nəticələrinə görə 165 nəfər keçid balı toplayaraq müvəffəqiyyət qazanmışdır (siyahı Nazirliyin və DİM-nin (www.dim.gov.az) internet səhifələrində yerləşdirilmişdir). Bildirilib ki, test imtahanında uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri Nazirliyin internet səhifəsindən əldə etmək mümkündür. Xatırladırıq ki, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunla müəyyən edilmiş bütün tələblərə cavab verən namizədlər növbəti mərhələyə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcəkdir. Əlavə informasiyanı Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə almaq olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31