İki gündə yol qəzalarında 9 nəfər ölüb
İki gündə yol qəzalarında 9 nəfər ölüb
13 May 2019 13:17 SosialMayın 11-dən 13-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Olaylar"a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilmiş 46 cinayətin üstü "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 9 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 9 nəfər ölmüş, 5 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 30 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.