Sabiq millət vəkili Cahangir Hüseynovun kitabının təqdimatı keçiriləcək

Sabiq millət vəkili Cahangir Hüseynovun kitabının təqdimatı keçiriləcək

Sabiq millət vəkili, tədqiqatçı alim Cahangir Hüseynovun yeni kitabı işıq üzü görüb. Bu barədə "OLAYLAR"-a məlumat verən müəllif qeyd edib ki,  "Fikir və düşüncələrim, fərziyələrim" adlı kitabda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2017-ci ili "İslam Həmrəyliyi İli" və 2018-ci ili "Xalq Cümhuriyyəti İli" elan etməsindən, bu illər ərzində qeyd edilən istiqamətlərdə tədbirlər keçirilməsindən geniş və ətraflı şəkildə bəhs edilir. Həmçinin kitabın sonuncu bölümündə 2019-cu ilin dövlət başçısı tərəfindən "Nəsimi İli" elan edildiyi əksini tapır və müəllif növbəti kitabının "Nəsimi İli"nə həsr edəcəyinə ümidvar olduğunu ifadə edir.

Cahangir Hüseynov bildirib ki, may ayının 14-də "Fikr və düşüncələrim, fərziyələrim" kitabının Azərbaycan Yazıçılar Birliyində təqdimat mərasimi keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31