Bu gün 27 dərəcə isti olacaq
Bu gün 27 dərəcə isti olacaq
13 May 2019 12:59 SosialBu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Axşam qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Olaylar.az-a verilən məlumata görə, Abşeron yarımadasında gecə 14-17, gündüz 22- 27, Bakıda gecə 15-17, gündüz 25-27 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 762 mm civə sütunu,nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər
rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə
duman olacağı gözlənilir. Şərq küləyi axşam mülayim qərb küləyi ilə əvəz
olunacaq.
Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10,
gündüz 13-18 dərəcə isti təşkil edəcək.