Elmi ARAŞDIRMA – Kişilər qadınlar qədər qeybət edir

Elmi ARAŞDIRMA – Kişilər qadınlar qədər qeybət edir

ABŞ-ın Kaliforniya Universitetinin alimləri qeybət və dedi-qodularla bağlı elmi araşdırma aparıblar.

Xarici KİV  xəbərlərinə görə, bunun üçün 18-58 yaş arasında 467 nəfər (269 qadın və 198 kişi) seçilib. Onlar üzərlərində səs yazan qurğu daşımağa razı olublar.

Psixoloqlar 3-cü şəxs barədə söhbət getdiyi zaman bunu qeybət kimi qeydə alıblar. Universitetin saytı araşdırmanın nəticələrini dərc edib. Eksperiment 3 kateqoriyaya (müsbət, mənfi, netral) böldüyü 4 min qeybət qeydiyyata alıb.

İnsanlar orta hesabla hər 52 dəqiqədən bir qeybət edir. Maraqlıdır ki, formalaşan stereotiplərin əksinə olaraq, qadınlar kişilərdən daha az qeybət edir. Gənclər isə 3-cü şəxslər barəsində yaşlı adamlara nisbətən daha çox pis danışır.

Qeybətlərin mütləq əksəriyyəti məşhur şəxslər barədə deyil, ümumi tanışlar barədə olub. Kaliforniyalı alimlər 4 min qeybət arasında mənfi xaraktelri qeybətlərin müsbət qeybətləri 2 dəfə üstələdiyin müəyyənləşdirib.

Ümumi gəlinən qənaət isə varlı ya kasıb olmaqdan asılı olmadan, hər kəsin qeybət etdiyi faktının təsdiqi olub. (modern.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31