DƏHŞƏTLİ SOYĞUN: 40 milyon dolları görün necə oğurladılar
10 May 2019 01:46 SosialHakerlər dünyanın ən böyük kripto pul birjası "Binance"dən 40 milyon dollar dəyərində bitcoin oğurlayıblar.
Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, oğurluq bir neçə dəqiqədə həyata keçirilib. Hakerlər bir neçə üsuldan istifadə edərək, birja saytının təhlükəsizlik panelinə daxil ola biliblər. Ələ keçirilən bitcoinlər bir hesaba köçürülüb. Vəsaitlə yanaşı hakerlər bəzi sənədləri də ələ keçiriblər.
Hadisə ilə bağlı cinayət işi açılıb. Hücumun təşkilatçıları axtarılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31