Cənubi Qafqaz və Xəzəryanı regionu üzrə “Çin gəncləri” inzibati bölməsinin rəhbəri Bakıda
Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Cənubi Qafqaz və Xəzəryanı regionu üzrə “Çin gəncləri” inzibati bölməsinin rəhbəri Xue Yibo ilə görüş keçirilib.
8 May 2019 10:35 SosialAzərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Cənubi Qafqaz və Xəzəryanı regionu üzrə "Çin gəncləri" inzibati bölməsinin rəhbəri Xue Yibo ilə görüş keçirilib.
Olaylar.az bildirir ki, görüşdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov rəhbərlik etdiyi qurumun ictimai fəaliyyəti, həmçinin tarixi İpək Yolunun tərəqqisi üzrə "Bir kəmər və bir yol" qlobal Çin layihəsinin həyata keçirilməsi zamanı aparılan araşdırmalar haqqında məlumat verib.
ADU ilə tanışlıqdan məmnunluğunu bildirən Xue Konfutsi İnstitutunun Azərbaycan cəmiyyətini Çinin tarixi, mədəniyyəti, müasir həyatı ilə məlumatlandırması baxımından fəaliyyətini yüksək dəyərləndirib.
Vurğulanıb ki, institut Azərbaycan və Çin xalqları arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfələr verir.
Görüşdə, həmçinin gənclər siyasəti sahəsində iki ölkə arasında informasiya əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.