Azərbaycanda 4 mərtəbəli bina yandı – 20 sakin...

Astara rayonunda dördmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyi  xəbər verir ki, binanın zirzəmisində 120 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı mənzillərdən 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31