Dəhşətli partlayışdan sonra ana-ata öldü - UŞAQLAR KÖRPƏLƏR EVİNƏ VERİLDİ

Xəbər verdiyimiz kimi, aprelin 21-də Kürdəmirdə yaşayış evində partlayış baş verib.

Hadisədən bir gün sonra ailə başçısı 31 yaşlı Anar Əsədov, dünən isə xanımı  34 yaşlı Qəndab Hüseynova dünyasını dəyişib. Yüngül xəsarət alan azyaşlı uşaqlar ( 4 yaşlı Günay Əsədova və 2 yaşlı Bünyəd Əsədov) körpələr evinə verilib, 8 yaşlı İlahə Əsədovanın isə müalicəsi davam edir. Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31