Təhsil müəssisələri də rüsum ödəyəcəklər
Təhsil müəssisələri də rüsum ödəyəcəklər
7 May 2019 17:15 SosialMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, qanuna əlavə edilməsi təklif olunan 32.1 maddəsinə əsasən, akkreditasidan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 7 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 15 000 manat, ali təhsil müəssisələri 20 000 manat, əlavə təhsil müəssisələri 15 000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 15 000 manat dövlət rüsumu ödəyəcək. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.