Qadınlar tərəfindən istehsal olunan məhsulların satış bazarlarına çıxışı asanlaşdırılacaq

Qadınlar tərəfindən istehsal olunan məhsulların satış bazarlarına çıxışı asanlaşdırılacaq

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə aqrar sahədə qadınların məşğulluğunun, onların informasiya, resurs və bazarlara çıxış imkanlarının artırılması, bununla da onların sosial-iqtisadi rifahının yaxşılaşdırılması məqsədilə AFAQ - Aqrar Fəaliyyətli Azərbaycan Qadınları layihəsini həyata keçirəcək. Şirkətdən "OLAYLAR"-a bildirilib ki, layihənin əsas məqsədi qadınlar tərəfindən istehsal olunan məhsulların satış bazarlarına çıxışının asanlaşdırılması, kənd təsərrüfatı sahəsində öz bisnesini qura biləcək qadın sahibkarların formalaşdırılması, onların marketinq və satış sahəsində biliklərinin artırılması, qadınlar üçün kiçik istehsal müəssisələri və istixanaların yaradılmasıdır.

Tədbirdə çıxış edən FAO-nun Azərbaycandakı ofisinin rəhbəri Mələk Çakmak bildirib ki, FAO-Azərbaycan Tərəfdaşlıq Proqramın əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və FAO-nun strateji məqsədlərinə müvafiq olaraq ev təsərrüfatlarının ərzaq təhlükəsizliyinə, kənd yerlərində dolanışıq səviyyəsinin yaxşılaşdırılmasına və yoxsulluğun azaldılmasına töhfə verməkdir.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, ölkəmizdə bütün sahələrdə qadınların əməyi yüksəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31