Daha 7 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 7 may tarixində növbəti hərrac keçirilib. Komotədən "Olaylar"a bildirilib ki, vətəndaş fəallığı ilə keçən hərracda dövlət əmlakları rəqabətli mühit yaradıb. Belə ki, 12 dövlət əmlakı üzrə ümumilikdə 16 sifariş verilib. Onlar arasında kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri var. Özəlləşdirilən dövlət əmlakları paytaxtla yanaşı, Qazax, Gəncə və Sumqayıt kimi şəhər və rayonlarda yerləşir.Vətəndaşların marağına səbəb olan dövlət əmlaklarından biri paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsindəki qeyri-yaşayış sahəsidir. Bu dövlət obyektinin ümumi faydalı sahəsi 47.9 kv.m-dir. İlkin hərrac qiyməti 35 min manat olan qeyri-yaşayış sahəsinin hərracında 3 sifarişçi iştirak etdi. Hərrac prosesində yaranan rəqabət dövlət əmlakının son hərrac qiymətini yüksəltdi. Belə ki, qalib iştirakçı xidmət və ya ofis obyekti kimi istifadəyə imkan verən bu obyekti 48 min manat təklif edərək özəlləşdirdi. Hərracda özəlləşdirilən digər qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 5.8 kv.m ilə 41.9 kv.m arasındadır. Budəfəki hərracda buraxılış tarixi 2005 olan nəqliyyat vasitəsi də vətəndaş marağına səbəb oldu. Belə ki, ilkin hərrac qiyməti 2 min manat olan "QAZ-31105" markalı avtomobilə 3 nəfər sifariş vermişdir. Hərracda yaranan rəqabətlə avtomobilin son qiyməti 2 dəfədən çox yüksəldi. Hərrac qalibi bu dövlət əmlakını 5 min manata özəlləşdirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31