Ağacların icazəsiz kəsintisi ilə bağlı toplanmış sənədlər prokurorluğa göndərilib
Ağacların icazəsiz kəsintisi ilə bağlı toplanmış sənədlər prokurorluğa göndərilib
7 May 2019 15:20 SosialXətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların icazəsiz
köçürülməsi və kəsilməsi faktı cinayət tərkibi yaratdığından torpaq
mülkiyyətçisi Həzrət Temirov barəsində toplanmış araşdırma materialları
qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş
Prokurorluğuna göndərilib.
Olaylar.az xatırladır ki, 5 may 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların
kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən
araşdırılarkən yaşıllıq sahəsində torpaq mülkiyyətçisi tərəfindən 25 meyvə
ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü
müəyyən edilib.