Uşaqlar üçün miqrasiya məsələlərinə həsr olunmuş tədbir keçirilib
Uşaqlar üçün miqrasiya məsələlərinə həsr olunmuş tədbir keçirilib
7 May 2019 15:14 SosialAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik məktəbində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın təşəbbüsü ilə tədbir təşkil edilib. "Olaylar2 xəbər verir ki, Ombudsman E.Süleymanovanın, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun, sözügedən Şuranın sədri Azər Allahverənovun da qatıldığı tədbirdə Liderlik Məktəbinin 100-ə yaxın üzvü olan Bakı şəhərinin hər bir rayonunun şagirdləri, habelə müəllimlər və valideynlər iştirak ediblər.
Tədbirin E.Süleymanova resurs mərkəzi olan Şəbəkə və Liderlik Məktəbinin yaranma tarixi, səmərəli fəaliyyəti, əldə olunmuş nailiyyətlər, həmçinin Ombudsman təsisatının qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sahəsində gördüyü işlər barədə məlumat verib, eyni zamanda ölkəmizdə miqrasiya sahəsində dövlət siyasətinin ümumilikdə insan hüquqlarının beynəlxalq standartlara uyğun təmin olunmasına yönəldildiyini vurğulayıb. Müvəkkil bu istiqamətdə Dövlət Miqrasiya Xidməti, BMT-nin müvafiq qurumları ilə sıx əməkdaşlıq edildiyini, sərhədyanı bölgələrdə birgə layihələrin həyata keçirildiyini bildirib.
Dövlət Miqrasiya Xidmətinin rəisi V.Hüseynov tədbirdə ölkəmizdə miqrasiya sahəsində həyata keçirilən çoxşaxəli fəaliyyət barədə geniş məlumat verərək, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti, onların ölkə ərazisində müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin alınması və müddətlərinin uzadılması, bu şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması qaydaları, miqrasiya sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət, bu sahədə həyata keçirilən maarifləndirmə tədbirləri, həmçinin miqrasiya ilə bağlı digər məsələlər barədə məlumatları uşaqların nəzərinə çatdırıb.