“Həsrət” adlı anım tədbiri keçirildi - "O gün uzaqda deyil" - Video

“Həsrət” adlı anım tədbiri keçirildi - "O gün uzaqda deyil" - Video

Mayın 7-də Azərbaycan Xalça Muzeyində Kəlbəcər, Laçın və Şuşa rayonlarının işğalı günlərinə həsr olunmuş "Həsrət" adlı anım tədbiri keçirilib.

Olaylar.az xəbər verir ki, tədbir Azərbaycan Xalça Muzeyi və Şuşa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə muzeyin Şuşa filialının müdiri Əlisəfa Nuriyev bildirib ki, Azərbaycanın dilbər guşələrindən biri, Qarabağ xanlığının tarixi paytaxtı Şuşanın işğalından 27 il ötür: "Tədbirin Azərbaycan Xalça Muzeyində təşkil olunması heç də təsadüfi deyil. Çünki burada yerləşən Şuşa filialının ekspozisiyasında Şuşada toxunan xalçalar yer alır. Bu xalçaların hər bir ilməsində, naxışında Şuşa yaşayır. Bu xalçalar da, bizim kimi böyük qayıdışı gözləyir. O gün uzaqda deyil".

Tədbirdə Şuşa Milli Musiqili Dram Teatrının hazırladığı Qarabağ və ətraf rayonların işğalı zamanı faciə yaşamış və yurd-yuvalarından didərgin düşmüş insanlara həsr edilmiş "Həsrət" adlı musiqili ədəbi-bədii tamaşa təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31