Metro üçün alınan yeni ventilyatorlar artıq Bakıda
Metro üçün alınan yeni ventilyatorlar artıq Bakıda
7 May 2019 13:52 Sosial"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metro stansiyalarında havalandırma sisteminin təkmilləşdirilməsi üçün aldığı yeni ventilyatorları Bakıya gətirib.
Bunu jurnalistlərə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, alınan 7 yeni ventilyator artıq Bakıdadır:
"Hazırda 2 ventilyatorun quraşdırılmasına başlanıb. İlk olaraq 2 ventilyator metronun "Qara Qarayev" stansiyasında quraşdırılacaq. Digər 5 ventilyator isə plan üzrə quraşdırılacaq. Yaxın günlərdə metronun "Memar Əcəmi" stansiyasında da yeni ventilyatorun quraşdırılmasına başlanacaq. Digər ventilyatorlar isə metronun "Nizami" stansiyası və stansiyanın tunelində quraşdırılacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31