Bakıda beynəlxalq konqres keçirilir
7 May 2019 13:42 SosialBakıda, "Hilton" otelində Avrasiya Qiymətləndiricilərinin 15-ci beynəlxalq konqresi işə başlayıb.
Tədbirdə Azərbaycan, Rusiya, Moldova, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Belarus qiymətləndirmə şirkətlərinin nümayəndələri iştirak edib. Konqresdə iştirak edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, "Vecon" şirkətinin rəhbəri Vüqar Oruc bu tədbirin Avrasiya qiymətləndiricilərinin əməkdaşlığında, təcrübə mübadiləsində, qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsində mühüm rol oynayacağını bildirib.
Onun sözlərinə görə, konqresdə iştirak edən qurumlarla birgə layihələrin işlənilməsi və digər istiqamətlərdə razılaşmaların əldə olunacağı gözlənilir. Konqresdə Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması, hərbi təcavüz nəticəsində ölkəmizin üzləşdiyi problemlərlə bağlı qonaqlara məlumat verilib. Tədbirdə Avrasiya Qiymətləndiriclər Cəmiyyətinin sədri baş katibi Nikolay Trifonov və Azərbaycan Qiymətləndiriclər Cəmiyyətinin fəxri sədri, deputat Xanhüseyn Kazımlı çıxış edib.