Metropolitendə sərgi təşkil olunacaq

Metropolitendə sərgi təşkil olunacaq

"Bakı Metropoliteni" QSC "MetroGallery " layihəsi çərçivəsində daha bir layihə həyata keçirəcək. Qurumun mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, "Bakı Metropoliteni" QSC "Bakcell" şirkətinin dəstəyi ilə "Gənclik" stansiyasının keçidlərində 9 May - faşizm üzərində Qələbə Gününə həsr olunmuş "Qələbə ruhunu yaşadanlarımız" adlı sərgi təşkil edəcək. Sərginin açılışı may ayının 7-də saat 11:00-da olacaq.

Tədbirdə "Bakı Metropoliteni" QSC-nin, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və "Bakcell"in rəsmi nümayəndələri, həmçinin Böyük Vətən müharibəsi cəbhələrində döyüşmüş veteranlarımız da iştirak edəcək.

Foto-sərgidə Böyük Vətən müharibəsində qəhrəmancasına vuruşmuş canlı əfsanələr - azərbaycanlı veteranlarımızın fotolarından ibarət tablolar nümayiş olunacaq.

Bununla yanaşı, Böyük Vətən müharibəsində Azərbaycanın rolu barədə maraqlı, diqqətçəkən məlumatların verildiyi stendlər də sərgilənəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31