Nazirlik ağacların kəsilməsi ilə bağlı “məcburi göstəriş” verdi
5 may 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət təkrarən Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
6 May 2019 13:39 Sosial5 may 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai
rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil
olan şikayət təkrarən Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Olaylar.az xəbər verir ki, bu barədə ETSN-nin rəsmisi İradə İbrahimova jurnalistlərə açıqlamasında deyib.
Əraziyə keçirilən baxış zamanı yaşıllıq sahəsində mülkiyyətçi Həzrət
Temirov tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96
nar kolunun köçürüldüyü, 8 çoxillik şam və qovaq ağacının isə yerində
qaldığı müəyyən edilib.
Kəsilən ağacların əvəzinə yeni ağacların əkilməsi, köçürülən ağaclara isə aqrotexniki xidmət göstərilməsi ilə bağlı torpaq mülkiyyətçisinə Nazirlik tərəfindən "məcburi göstəriş" verilib.