Tanınmış şair vəfat etdi

Tanınmış şair vəfat etdi

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Dəmir Gədəbəyli 80 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə şairin yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Dəmir Gədəbəyli 1938-ci ildə Gədəbəy rayonunun Ataxal kəndində anadan olub.

1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirib. 1975-ci ildə filologiya elmlər namizədliyi, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib.

Azərbaycan televiziya və radio verilişləri komitəsində müxbir, redaktor, baş redaktor, proqramların məsul katibi vəzifələrində çalışıb.

Yüzlərlə mahnıya mətn yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31