Hindistanda "Fani" siklonu 33 nəfərin ölümünə səbəb olub
5 May 2019 18:05 SosialHindistanın Odişa ştatında "Fani" qasırğası nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb.
Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, 300-dən artıq insan xəsarət alıb. Daha əvvəl 16 nəfərin həlak olduğu bildirilirdi.
Hindistan höküməti artıq 10 min kənddə və 52 şəhər rayonlarında bərpa işlətinə başlayıb. Bərpa işlərində 60 minə yaxın könüllü iştirak eidr.
İlkin məlumata əsasən, siklonun məhv etdiyi infrastrukturun bərpasına 173 min dollardan artıq vəsait tələb olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31