Azərbaycanda bir gündə 5 nəfər bu səbəbdən öldü - DAHA 17 YARALI VAR

Şənbə günü Azərbaycanda avtomobil yollarında baş vermiş ağır yol qəzaları nəticəsində 5 nəfər həyatını itirib.

Publika.az xəbər verir ki, mayın 4-də Respublika yollarında ümumilikdə 15 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə həyatını itirən şəxslərdən başqa daha 17 nəfər də xəstəxanalara çatdırılıb.

Baş vermiş 15 hadisədən 4-də ölüm qeydə alınıb. Belə ki, Cəlilabad rayonu ərazisində "Hyundai" markalı avtomobilin aşması nəticəsində 2 nəfər dünyasını dəyişib. Samuxda da minik avtomobilinin aşması təlafatla nəticələnib. Sabirabadda baş vermiş oxşar hadisədə isə bir nəfər ölüb, daha 2 nəfər isə xəsarət alıb. Bakının Səbail rayonlarında isə piyada yol qəzasının qurbanı olub.

Hər bir faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31