Bakıda iki oğlan yeniyetmə qızı zorladı- TƏFƏRRÜAT
5 May 2019 13:37 SosialBakıda yeniyetmə qızı zorlamaqda təqsirləndirilən Eltac Qasımzadə və Rövşən İsanın məhkəməsi davam edir.
News24.az xəbər verir ki, hakim İradə Həsənzadəyə tapşırılan prosesin növbəti iclası iyunun 4-də baş tutacaq.
Xatırladaq ki, E. Qasımzadə və R. İsa yetkinlik yaşına çatmayan Aydanı (ad şərtidir) zorlayıblar. Qızın valideynlərin məsələdən xəbardar olduqdan sonra polisə şikayət edilib. Şikayət əsasında hər iki şəxs saxlanılıb.
Onlara Cinayət Məcəlləsinin 149.2.3-cü (zorlama,yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) ittiham verilib.
Onu da qeyd edək ki, təqsirləndirilən şəxslərə verilən ittiham məhkəmədə öz təsdiqini taparsa, E. Qasımzadə və R. İsanı 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31