Əkbər Qoşalının “Ürək daşı” adlı yeni şeirlər kitabının təqdimat mərasimi və imza törəni gerçəkləşəcək

Əkbər Qoşalının “Ürək daşı” adlı yeni şeirlər kitabının təqdimat mərasimi və imza törəni gerçəkləşəcək

9 may 2019-cu il tarixində saat 14:00-da "AzərKitab" Kitab Mağazasında Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanda ATATÜRK MƏRKƏZİnin ictimai-siyasi şöbəsinin müdiri, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət Şurasının Başkanı, şair, publisist, yazıçı Əkbər Qoşalının "Ürək daşı" adlı yeni şeirlər kitabının təqdimat mərasimi və imza törəni gerçəkləşəcək.

Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, müəllifin yazar dostlarının da iştirakı gözlənilir.

İştirak etmək istəyən hər kəs dəvətlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31