Şəkidə “Bədxassəli şişlərin diaqnostika və müalicəsinə müasir yanaşma” mövzusunda konfrans keçiriləcək
Şəkidə “Bədxassəli şişlərin diaqnostika və müalicəsinə müasir yanaşma” mövzusunda konfrans keçiriləcək
3 May 2019 16:59 SosialMayın 4-də Şəkidə Heydər Əliyev Mərkəzində "Bədxassəli şişlərin diaqnostika və müalicəsinə müasir yanaşma" mövzusunda elmi-praktik konfrans keçiriləcək. Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən "Olaylar"a bildirilib ki, konfransın proqramına uyğun olaraq, MOM-un bölgədə səyyar müayinələrdə olan tibb heyəti yerli həkimlərə və mütəxəssislərə ən yeni tibbi protokollar və müalicə üsulları barədə geniş məlumatlar verəcəklər. Konfransın proqramında Şəki, Ucar, Göyçay, Ağdaş, Mingəçevir, İsmayıllı, Yevlax, Qəbələ, Oğuz, Zaqatala, Balakən rayonlarında çalışan yerli tibb nümayəndələri ilə MOM əməkdaşlarının onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi ilə bağlı geniş fikir mübadiləsinin və diskussiyaların aparılması da nəzərdə tutulur.